Futbol üzrə İtaliya kubokunun yarımfinalında "Milan"la cavab matçındakı qolsuz heç-heçə (səfərdəki ilk görüş 1:1 hesabı ilə başa çatıb) "Yuventus"u bu turnirin finalına çıxardı.
 
Matc.az xəbər verir ki, Turin klubu bununla tarixində 19-cu dəfə İtaliyanın kubokunun həlledici matçına vəsiqə qazanıb.
 
"Qoca sinyora" bu göstərici ilə 2017-ci ildən mövcud olan şəxsi rekordunu yeniləyib.
 
İtaliya kubokunda bu baxımdan ikinci göstərici "Roma"ya məxsusdu. Paytaxt klubu 17 dəfə həlledici matçda iştirak edib. Siyahıda üçüncü yerdə "Milan" qarşılaşıb. Bu klub 14 dəfə turnirin sonuncu matçlarında gücünü sınayıb.
 
"Yuventus" 2019/20 mövsümünün finalında "İnter" - "Napoli" qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest