"Mançester Siti" ilə müqaviləsi iyunun sonunda bitəcək David Silvanın komandadakı gələcəyi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, bu barədə "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola məlumat verib.
 
O, 34 yaşlı futbolçunun mövsümün sonunda komandadan ayrılacağını bildirib:
 
"Təəssüf ki, o, komandadakı son oyunlarını azarkeşsiz keçirəcək. ümid edirəm ki, klub onun üçün uyğun vida mərasimi hazırlayar".
 
İspan futbolçu 2010-cu ildən "Mançester Siti"nin şərəfini qoruyur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest