"Nəticə budur ki, sabahkı matçın ssenarisi bizim nə dərəcədə əzmkarlıq və enerji nümayiş etdirəcəyimizdən asılı olacaq".

UEFA Millətlər Liqasının qrup mərhələsində sabah Azərbaycan yığması ilə qarşılaşacaq Litvanın baş məşqçisi Edqaras Yankauskas Bakıdakı mətbuat konfransında iştirak edib.

Matc.az xəbər verir ki, Yankauskas sabah baş tutacaq oyunla bağlı fikirlərini bölüşüb:

"Lixtenşteynlə əvvəlki oyunun mənfi nəticəsi Azərbaycan millisini motivasiya edir. Eyni zamanda bu, bizi də motivasiya edir, çünki onların meydana xüsusi motivasiya ilə çıxacaqlarını bilirik.

Komandalarımız arasında əvvəlki oyun bərabər səviyyədə keçmişdi. Heç bir komanda digərindən üstün deyildi. Bəzi epizodlarda təşəbbüs onların tərəfində idi. Onlar bəlkə də müəyyən qədər bəxtin köməyi ilə qol vurdular, biz isə daha bir qol fürsəti yaratdıq. Bu, bərabər səviyyəli rəqiblərin mübarizəsi idi.

Biz bir qədər rahatlaşanda və ya enerjimizi itirəndə bu, dərhal komandanın oyununda hiss olunur. Nəticə budur ki, sabahkı matçın ssenarisi bizim nə dərəcədə əzmkarlıq və enerji nümayiş etdirəcəyimizdən asılı olacaq".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest