Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunun ukraynalı yarımmüdafiəçisi Artem Bondarenko karyerasını Türkiyədə davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "A Sport" telekanalı məlumat yayıb.

Bildirilir ki, daha əvvəl də yarımmüdafiəçini heyətinə qatmaq üçün bir neçə dəfə cəhd edən "Trabzonspor" oyunçunun xidmətində yenidən maraqlıdır. "Trabzonspor"un yeni baş məşqçisi Tomas Rays artıq Bondarenkonun transferinə razılıq verib və yaxın vaxtlarda klub nümayəndələri danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanına yola düşəcəklər.

Xatırladaq ki, "Əl-Əhli" hücumameyilli yarımmüdafiəçini 2027-ci il iyunun 30-dək birdəfəlik satın almaq hüququ ilə Donetsk "Şaxtyor"undan icarəyə götürüb. Lakin Artemin Səudiyyə Ərəbistanındakı karyerası ilkin dövrdən uğurlu alınmayıb.

O, klubun idman direktoru Ruy Pedru Brasın istefasından sonra qalmaqalın mərkəzinə düşüb. "Əl-Əhli" Artemə futbolçunun özünün tələb etdiyindən iki dəfə çox – illik 2,5 milyon avro maaş təklif edib. Lakin sonradan komanda rəsmiləri bu iddiasını təkzib ediblər.

Bu hadisələrin fonunda klub oyunçusu ilə icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi və ya onun yerli çempionatın iştirak ərizəsindən çıxarılması variantını nəzərdən keçirirdi. Sonradan məlum olub ki, "Əl-Əhli" ondan xilas olmaq yolları axtardığı müddətdə Artem yalnız Asiya Çempionlar Liqasının iştirak ərizəsinə daxil ediləcək.

Qeyd edək ki, "Trabzonspor"un heyətində artıq iki ukraynalı futbolçu – müdafiəçi Arseni Batakov və yarımmüdafiəçi Ruslan Malinovski çıxış edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest