"Futbolçularımın hər birini təbrik etmək istəyirəm. Son ana qədər mübarizə apardılar". Matç.az saytı xəbər verir ki, bu sözləri Topaz Premyer Liqasında XIII turun "Sabah" – "Neftçi" (1:2) oyunundan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Roberto Bordin deyib.
İtaliyalı mütəxəssis oyun barədə fikirlərini açıqlayıb və jurnalistlərin suallarını cavablandırıb: "İki dəfə azlıqda qaldıq. çalışdılar düzgün reaksiya versinlər. Komandamın oyunundan çox razıyam".
- Hakimlikdən necə?
- Səhv etmirəmsə, 11 sarı vərəqə oldu. Bunlardan 3-ü qırmızı vərəqə oldu. Hər kəsə bu oyuna bir daha baxmağı məsləhət görürəm. Mənimçün vacib olan komandamın oyunudu, ondan da çox razıyam.
- Dabo qırmızı vərəqə aldıqdan sonra meydandan çıxmaq istəmirdi, sonra hakimlərə əl çaldı. Buna münasibətiniz necədi?
- Düşünürəm ki, Dabo azarkeşləri alqışlayırdı.
- Karikari bura ehtiyatda ourub pul qazanmağa gəlib, yoxsa futbol oynamağa?
- Bu sualı cavablandırmaq istəmirəm. Taktiki sual varsa, buyurun.