01 Dekabr 2018, 20:12
MPL
Topaz Premyer Liqasının XIII turunun "Sumqayıt" – "Səbail" oyunu 1 dəqiqəlik sükutla başlayıb. Matç.az saytı xəbər verir ki, buna qonaq komandanın kapitanı Rahid Əmirquliyevin anasının vəfatı səbəb olub.
Bu üzdən paytaxt təmsilçisi PFL-ə müraciət edərək qarşılaşmanın 1 dəqiqəlik sükutla başlamasını istəyib. Qonaq komanda Sumqayıtdakı görüşə qara sarğı ilə çıxmağı da məqsədəuyğun sayıb.