"Asan qələbə qazanmadıq. Bu qələbə həm də hakimin haqsız qərarlarına görə çətin alındı"

"Asan qələbə qazanmadıq. Bu qələbə həm də hakimin haqsız qərarlarına görə çətin alındı". Matç.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Baqali Dabo Topaz Premyer Liqasının XIII turunun "Sabah"la oyunundan sonra klubun rəsmi saytına deyib.

Komandasının 2:1 hesabı ilə qalib gəldiyi oyunda qırmızı vərəqə alan hücumçu hakimin qərarını ədalətsiz hesab edir: "İlk sarı vərəqədən sonra referi sanki məni ikinci dəfə cəzalandırmaq istəyirdi. Bunun səbəbi mənim üçün qaranlıq qaldı. Bu gedişlə gələn oyunda artıq 3 futbolçumuzu meydandan qovacaqlar. Hər halda, göstərdik ki, 9-10 nəfərlə də qalib gəlməyi bacarırıq. Onu da deyim ki, belə qələbələr komanda ruhunu daha da möhkəmləndirir, bizi daha da güclü edir. Bunu növbəti matçlarda göstərəcəyik. Qırmızı vərəqə aldığım epizodda penalti olub-olmadığını dəqiq deyə bilmərəm, amma simulyasiya yox idi".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest