"İlk öncə Rahid Əmirquliyevə anasının vəfatına görə başsağlığı verirəm. İkincisi, "Sumqayıt" azarkeşlərini bu şəhərə futbolun qayıtması münasibətilə təbrik edirəm". Bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqasının XIII turunun "Səbail"lə ev oyunundan sonra deyib.

Gənc çalışdırıcı matçdan sonra keçirilən mətbuat konfransında 1:0 hesablı qələbəyə şərh verib: "Bilirdik ki, çətin olacaq. Rəqib müdafiədə sıx oyunu ilə seçilir. Keçən oyun yaxşı oynadıq. Bu gün futbolçularımdan ən çox tələbim qələbə qazanmaq idi. çünki 3 xal bizə çox vacib idi. Qələbə qazanmadıqca futbolçularda psixoloji vəziyyət pisləşirdi. İnamı qaytarmaq üçün 3 xal çox lazım idi. Bilirik ki, qarşıda çətin qrafik gözləyir. Bundan uğurla çıxacağımıza ümid edirəm". (sumqayitpfc.az)

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest