AVRO-2020-nin seçmə mərhələsinin püşkü atılıb. Matç.az saytı xəbər verir ki, İrlandiyanın paytaxtı Dublində keçirilən tədbirdə Avropanın 55 yığması 10 qrupa bölünüb.
Bu qruplardan beşində 6, beşində 5 komanda yer alıb. 2019-cu ilin marından noyabrına qədər keçiriləcək seçmə mərhələdə hər qrupda ilk iki yeri tutan yığmalar AVRO-2020-nin həlledici raunduna yüksələcək.
İlk dəfə 12 ölkədə təşkil olunacaq sayca 16-cı Avropa çempionatına vəsiqələr uğrunda mübarizəyə Azərbaycan millisi də qoşulacaq. Qurban Qurbanovun yetirmələri 5 komandanın yer aldığı E qrupunda çıxış edəcək.
7-ci dəfə bu turnirə vəsiqələr uğrunda yarışacaq yığmamızın seçmə mərhələdəki rəqibləri Xorvatiya, Uels, Slovakiya, Macarıstan olacaq.
Qeyd edək ki, 2020-ci il iyunun 12-dən iyulun 12-dək keçiriləcək final mərhələsinə Azərbaycan, İngiltərə, Macarıstan, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Rumıniya və Şotlandiya ev sahibliyi edəcək.
AVRO-2020-nin seçmə mərhələsi
A qrupu
İngiltərə
çexiya
Bolqarıstan
Monteneqro
Kosovo
B qrupu
Portuqaliya
Ukrayna
Serbiya
Litva
Lüksemburq
C qrupu
Hollandiya
Almaniya
Şimali İrlandiya
Estoniya
Belarus
D qrupu
İsveçrə
Danimarka
İrlandiya
Gürcüstan
Cəbəllütariq
E qrupu
Xorvatiya
Uels
Slovakiya
Macarıstan
Azərbaycan
F qrupu
İspaniya
İsveç
Norveç
Rumıniya
Farer adaları
Malta
G qrupu
Polşa
Avstriya
İsrail
Sloveniya
Makedoniya
Latviya
H qrupu
Fransa
İslandiya
Türkiyə
Albaniya
Moldova
Andorra
İ qrupu
Belçika
Rusiya
Şotlandiya
Kipr
Qazaxıstan
San-Marino
J qrupu
İtaliya
Bosniya və Herseqovina
Finlandiya
Yunanıstan
Ermənistan
Lixtenşteyn