"Beş komandalı qrupa düşmək yaxşı olmadı. O mənada ki, yığmamız 8 oyun keçirəcək". Bu sözləri matç.az saytına açıqlamasında milli komandamızın sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyil.

Bu gün Avro-2020-nin püşkatma mərasimi keçirilib. Azərbaycan yığması E qrupunda Xorvatiya, Uels, Slovakiya və Macarıstanla qarşılaşacaq.

Mircavadov münasib qrupa düşdüyümüzü hesab edir: "Rəqiblərimiz Almaniya, İspaniya və ya İngiltərə deyil. Prinsipcə, pis qrupa düşməmişik. Artıq neçə ildi istəyirik ki, final mərhələsinə çıxaq. Bunun üçün rəqib kim olur-olsun qələbə qazanmalıyıq. Şərait, işgüzarlıq, çempionatın gərginliyi elə olmalıdı ki, buna nail ola bilək. Hamısı bir-birinə bağlıdı. İndi hətta Farer adaları da güclüdü. Amma bu o demək deyil ki, indidən əllərimizi havaya qaldırıb təslim olmalıyıq. Futbolun tərkibində mübarizə də, aldatmaq da, biclik də var. Millətlər Liqası bizə hərtərəfli dərs olmalıdı".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest