"AVRO-2020-nin seçmə mərhələsinin püşkatmasından razı qaldıq. çünki daha çətin qrupa düşə bilərdik". Matç.az saytı xəbər verir ki, bu sözləri Slovakiya Futbol Federasiyasının prezidenti Yan Kovaçik deyib.
AVRO-2020-nin seçmə mərhələsinin püşkünü dəyərləndirən funksioner Azərbaycan millisini əsas rəqib saymasa da, komandamızın anlaşılmaz olduğunu, millimizdən hər şeyin gözləməyin mümkünlüyünü qeyd edib: "1-ci səbətdən daha çox Xorvatiyanı istəyirdim. Macarıstan və Xorvatiya ilə oyunlarımız qrupun ən yaxşılarını müəyyənləşdirmək üçün həlledici olacaq. Qrupumuzda yer alan Uels təhlükəli, Azərbaycan anlaşılmaz, gözlənilməz komandadı".
Qeyd edək ki, E qrupunda Xorvatiya, Uels, Slovakiya, Macarıstan və Azərbaycan milliləri yer alıb.