"İspaniya və Almaniyanın yer aldığı qruplar çox güclüdü". Matç.az saytı xəbər verir ki, bunu Slovakiya millisinin baş məşqçisi Pavel Hapal deyib.
O, Azərbaycanla eyni qrupunda yer aldıqları AVRO-2020-nin seçmə mərhələsinin püşkatmasını dəyərləndirib: "Bizim qrup balanslaşmış "beşlik"di. Mən də çox pis hisslər yaranmışdı. Qorxurdum ki, Almaniya ilə eyni qrupa düşərik".
Hapal ayrı-ayrı rəqibləri də dəyərləndirib: "Əsas görüşlərimiz Macarıstanla olacaq. Dünya vitse-çempionu olan Xorvatiyanın güclü olduğu ilə barışmalıyıq. İngiltərə ilə matçlarını da izləmişəm. Bu komanda hörmət ediləsi yığmadı. Uelslə AVRO-2016-nın seçmə mərhələsində qarşılaşmışıq. Münasib olmayan rəqibdi. Macarıstanın elə keyfiyyətləri var ki, buna qiymət verməmək düz olmaz. Azərbaycanla görüş üçün uzun yol qət edəcəyik".
Qeyd edək ki, E qrupunda Xorvatiya, Uels, Slovakiya, Macarıstan və Azərbaycan milliləri yer alıb.