"Qrupdakı rəqiblərdən Macarıstan, Uels və Slovakiyaya qarşı oynamışam. Hətta Slovakiyaya qol da vurmuşam". Bu sözləri matç.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq hücumçusu Vadim Vasilyev deyib.

İrlandiyanın paytaxtı Dublində AVRO-2020-nin püşkatma mərasimi keçirilib. Azərbaycan millisi E qrupunda Xorvatiya, Uels, Slovakiya və Macarıstana rəqib olub.

Vasilyev komandamızdan ciddi uğur gözləmədiyini bildirib: "çempionat elə gündədi ki, komandamız heç Millətlər Liqasında nəticə verə bilmədi. Bunu keçmiş futbolçu kimi yox, bir azarkeş kimi, üzülərək deyirəm. çempionatın səviyyəsindən çox şey asılı olacaq. Liqamızda bir dəyişiklik edilməsə, futbolumuz da pis gündə olacaq. Belə çempionatla hansı nəticəyə ümid edə bilərik? çempionatımızda 16 komanda olmayana, pul yatırımı edilməyənə qədər millimizdən də nəticə gözləmək düzgün deyil. Qurban Qurbanov gedib I diviziondan oyunçu seçəcək?"

46 yaşlı mütəxəssis millimizin qrupda sonuncu yeri tutacağını proqnozlaşdırıb: "Yığmamız bu qrupda ən yaxşı halda 3 xal toplaya bilər. O da Bakıda 3 heç-heçə ilə".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest