"5 komandalı qrupa düşməyimiz bizə 2 yoxlama oyunu keçirmək imkanı da verir"

"Bizim qrupa nə çətin, nə də asan demək olar". Matç.az saytı xəbər verir ki, bunu Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç deyib.

AVRO-2020-nin seçmə mərhələsinin püşkatmasını dəyərləndirən mütəxəssis E qrupundakı rəqibləri barədə fikirlərini açıqlayıb. Uels, Slovakiya və Macarıstan barədə danışan Daliç Azərbaycan millisinin adını çəkməsə də, heç nir komandaya yuxarıdan aşağı baxmadıqlarını vurğulayıb: "Komandamızı Slovakiya və Macarıstana yaxın səfərlər gözləyir. Uels isə bizdən sonra qrupun ikinci komandası sayılır. Heç bir rəqibi qiymətləndirməmək olmaz. Bu qısa – 8 aylıq seçmə mərhələdə ən yaxşı olmalıyıq. Uels millisi son vaxtlar çox yaxşı çıxış edir. Onlarla bizi böyük döyüş gözləyir".

Uelsi əsas rəqib sayan Daliç digər komandalardan da ehtiyatlandığını bildirib: "Slovakiya da son Avropa çempionatında yaxşı oynayıb. Macarıstanı da unutmaq olmaz. özümüzə inanmalı və hörmət qoymalıyıq. Dünya çempionatında səviyyəmizi göstərəndən sonra hər komanda bizə qarşı yaxşı oynamaq və qalib gəlmək istəyir. Amma biz bunu onlardan da yaxşı etməli, final mərhələsinə vəsiqələrdən birini qazanmalıyıq. 5 komandalı qrupa düşməyimiz bizə 2 yoxlama oyunu keçirmək imkanı da verir".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest