Slovakiya və Uelsin hərəsi ilə 6 seçmə oyunu baş tutub. Macarıstanla 4 rəsmi və 1 yoxlama görüşündə qüvvəsini sınayan komandamız Xorvatiya ilə iki dəfə qarşılaşıb.

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupa düşən komandaların hamısı yığmamıza tanış rəqiblərdi. Matç.az saytı xəbər verir ki, futbolçularımız müxtəlif illərdə Xorvatiya, Uels, Slovakiya və Macarıstanla üz-üzə gəlib.

Slovakiya və Uelsin hərəsi ilə 6 seçmə oyunu baş tutub. Macarıstanla 4 rəsmi və 1 yoxlama görüşündə qüvvəsini sınayan komandamız Xorvatiya ilə iki dəfə qarşılaşıb.

Bu 19 matçda millimiz 1 qələbə qazanıb, 2 heç-heçə edib. Yeganə qələbəsini Slovakiya üzərində əldə edən yığmamız Uels və Xorvatiyadan 1 xal alıb. Digər 16 qarşlaşmada isə komandamız uduzub. Bu matçlarda 50 qol vurulub ki, yalnız 6-sı millimizin, 44-ü rəqiblərin hesabındadı.

AVRO-2020-dəki rəqiblərlə əvvəlki oyunlar

Xorvatiya – 2 oyun, 1 xal

13 oktyabr 2014. Osiyek. Aç. Xorvatiya – Azərbaycan – 6:0

 3 sentyabr 2015. Bakı. Aç. Azərbaycan – Xorvatiya – 0:0

Uels – 6 oyun, 1 xal

20 noyabr 2002. Bakı. Aç. Azərbaycan – Uels – 0:2

29 mart 2003. Kardiff. Aç. Uels – Azərbaycan – 4:0

4 sentyabr 2004. Bakı. Dç. Azərbaycan – Uels – 1:1

12 oktyabr 2005. Kardiff. Dç. Uels – Azərbaycan – 2:0

6 sentyabr 2008. Kardif. Dç. Uels – Azərbaycan – 1:0

6 iyun 2009. Bakı. Dç. Azərbaycan – Uels – 0:1

Slovakiya – 6 oyun, 3 xal

29 mart 1995. Koşitse. Aç. Slovakiya – Azərbaycan – 4:1

16 avqust 1995. Trabzon. Aç. Azərbaycan – Slovakiya – 0:1

5 sentyabr 1998. Koşitse. Aç. Slovakiya – Azərbaycan – 3:0

9 oktyabr 1999. Bakı. Aç. Azərbaycan – Slovakiya – 0:1

28 mart 2001. Trnava. Dç. Slovakiya – Azərbaycan – 3:1

6 iyun 2001. Bakı. Dç. Azərbaycan – Slovakiya – 2:0

Macarıstan – 5 oyun, 0 xal

10 noyabr 1996. Bakı. Dç. Azərbaycan – Macarıstan – 0:3

10 sentyabr 1997. Budapeşt. Dç. Macarıstan – Azərbaycan – 3:1

10 oktyabr 1998. Bakı. Aç. Azərbaycan – Macarıstan – 0:4

8 sentyabr 1999. Budapeşt. Aç. Macarıstan – Azərbaycan – 3:0

9 fevral 2011. Dubay. YO. Azərbaycan – Macarıstan – 0:2

AVRO-2020-dəki rəqiblərlə oyunların balansı

Slovakiya

6

1

0

5

4-12

Uels

6

0

1

5

1-11

Macarıstan

5

0

0

5

1-15

Xorvatiya

2

0

1

1

0-6

 

19

1

2

16

6-44

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest