"Püşk bizi Xorvatiya ilə rəqib etdi. Bu komanda qrupumuzun əsas favoritidi". Matç.az saytı xəbər verir ki, bunu Slovakiya Futbol Federasiyasının vitse-prezidenti Karol Belanik deyib.

Qurum rəsmisi AVRO-2020-nin püşkatmasını dəyərləndirib: "Uelslə bu yaxınlarda qarşılaşmışdıq. Macarıstan da tanış rəqib saymaq olar. Uzun səfər və evdə yaxşı oynamasına görə Azərbaycan bizə başağrı ola bilər. ümumilikdə püşkü yaxşı hesab etmək olar. Belə qrupda yaxşı oynasaq, favoritlərdən də ola bilərik. çalışacağıq ki, Xorvatiya ilə də başabaş oynayaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest