"Qrupumuzun ən güclü komandası Xorvatiyadı. İkinci vəsiqə uğrunda mübarizə aparıb-aparmamağımız isə özümüzdən asılı olacaq". Matç.az saytı xəbər verir ki, bunu Macarıstan millisinin baş məşqçisi Marko Rossi deyib.

AVRO-2020-nin püşkatmasını dəyərləndirən mütəxəssis Azərbaycan yığmasının da yer aldığı E qrupundakı şansları barədə danışıb: "Dünya çempionatının gümüş mükafatçısının gücü heç kimdə şübhə doğurmasın. Bu komanda qrupun digər yığmaları ilə müqayisədə tam başqa səviyyəyə malikdi. Uelslə bağlı bəxtimiz gətirib ki, Rayan Qiqqz artıq futbolçu deyil. O, indi yığmanı çalışdırır. Zarafatı kənara qoysaq, ikinci yer uğrunda Uels və Slovakiya ilə mübarizə aparacağımızı düşünürəm. Sonuncularla möhtəşəm derbilərimiz olacaq".

Ross Azərbaycan millisini ən münasib rəqib hesab etdiyini bildirib: "Azərbaycanı da qiymətləndirməmək olmaz. Amma düzünü deyim ki, bu komandayla matçlara düzgün hazırlaşsaq, bizim üçün digərləri ilə müqayisədə ən münasib rəqib Azərbaycan yığmasıdı. AVRO-2020-nin ev sahiblərindən biri olmağımız final mərhələsinə çıxmaq istəyimizə əlavə rəng qatır. Bu, unikal uğur olar. çünki Macarıstanda təşkil olunan ən böyük idman tədbirlərindən birində iştirak edə bilərik. Mən də söz verirəm ki, komandanı seçmə mərhələyə mümkün qədər yaxşı hazırlayacağam".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest