02 Dekabr 2018, 20:42
AVRO-2024
"Macarıstan azarkeşləri AVRO-2020-nin qalibləridi. çünki onlar final mərhələsini izləmək imkanı qazanacaqlar". Matç.az saytı xəbər verir ki, bunu Macarıstan Futbol Federasiyasının (MLSF) prezidenti Şandor çanni deyib.
O, AVRO-2020-nin bu gün keçirilən püşkatmasını dəyərləndirib. Qurum rəhbəri Azərbaycan, Xorvatiya, Slovakiya və Uelslə eyni qrupdakı şanslara da toxunub: "Qitənin ən güclü komandaları Macarıstan paytaxtında da oynayacaq. Bunun özü də qürurvericidi. Qrupumuzda yer alan komandalardan üçü bizdən güclüdü. Xorvatiya dünya ikincisidi. Uels isə AVRO-2016-nın yarımfinalçısı olub. Slovakiya millisi də həmin turnirdə 1/8 finala qədər irəliləyib".