"...belə vəziyyətdə Azərbaycan yığmasının nəyi bacardığımızı göstərmək imkanı var. Bir sözlə, turnirdə yeni tsikl, yeni imakndı ki, o qədər də zəif olmadığımızı, bizimlə hesablaşmaq lazım olduğunu göstərək"

"Bircə onu bilərəm ki, çətin qrupdu". Bu sözləri matç.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi İqor Ponomaryov deyib.

"Neftçi"nin sabiq "9 nömrə"si AVRO-2020-nin püşkatmasını dəyərləndirib, Azərbaycan yığmasının yer aldığı E qrupu barədə fikirlərini açıqlayıb: "Belə demək olar ki, Millətlər Liqasının ən zəif qrupunda özümüzü heç bir tərəfdən göstərə bilmədiksə, burda nə gözləyək? Heç nə. Belə demək və düşünmək olar. Bu da normaldı. Bu, bizim üçün "ölüm qrupu"du. Qrupda ən zəif Azərbaycan yığmasıdı. Amma mənə elə gəlir ki, belə vəziyyətdə Azərbaycan yığmasının nəyi bacardığımızı göstərmək imkanı var. Bir sözlə, turnirdə yeni tsikl, yeni imakndı ki, o qədər də zəif olmadığımızı, bizimlə hesablaşmaq lazım olduğunu göstərək".

Qeyd edək ki, Azərbaycan millisi Xorvatiya, Uels, Slovakiya və Macarıstanla eyni qrupda mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest