"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, paytaxt klubu nigeriyalı Yusuf Lavalı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Nigeriyalı futbolçu yeni klubu ilə 2+1 il müddətinə müqavilə bağlayıb. 22 yaşlı cinah yarımmüdafiəçisi "Neftçi"nin heyətində 24 nömrəli formanı geyinəcək.
 
İlk klubu "Lions" (Nigeriya) olan gənc futbolçu 2017-2020-ci illər ərzində Belçikanın "Lokeren" klubunun heyətində 22 oyun keçirib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest