"Həmişə qələbədən sonra müsbət məqamları daha da yaxşılaşdırmaq istəyirik. Bu matçda yaxşı oynadığımızı deyə bilmərəm. Mübarizə apardıq".

"Keşlə" ilə matçda yaxşı oynamışdıq. Bu dəfə komandada bir az boşalma hiss etdim. çalışdıq bunu aradan qaldıraq". Matç.az "Qəbələ"nin rəsmi saytına istinadən xəbər verir ki, bunu komandanın baş məşqçisi Sənan Qurbanov deyib.
 
Topaz Premyer Liqasının XIII turunda "Zirə" ilə qarşılaşan "qırmızı-qaralar" 0:0 hesablı bərabərliklə kifayətlənib.
 
Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Qurbanov yaxşı oynamadıqlarını söyləyib: "Həmişə qələbədən sonra müsbət məqamları daha da yaxşılaşdırmaq istəyirik. Bu matçda yaxşı oynadığımızı deyə bilmərəm. Mübarizə apardıq. Təəssüf ki, real qol vəziyyətimiz olmadı. Ceyms Adeniyinin yoxluğu hiss olundu. ön xətdə kəsərli hücum yarada bilmədik. Ceymslə Stiven Monrozun anlaşmasının üzərində məşqlərdə də işləyirik və bəhrəsini görmüşük. Bu dəfə Monroz tək qalmışdı. Oyunun dünən keçirilən hissəsindən narazı qalmışdım. Həmin bölümü analiz etdik. Futbolçulara da çatışmazlıqları göstərdik. Bu gün oyunçularda istək var idi. Amma tələskənlik hiss olunurdu. Futbolçular hücuma çıxanda daha çox tələsirdilər".
 
Qeyd edək ki, 13 turdan sonra aktivində 16 xal olan "Qəbələ" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest