"Qarabağ"ın Portuqaliyanın "Şaviş" klubundan transfer etdiyi Kevin Medinanın Ağdam təmsilçisində çıxış edəcəyi forma nömrəsi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, 27 yaşlı mərkəz müdafiəçisi yeni komandasında 81 nömrəli formada çıxış edəcək.
 
Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
 
Xatırladaq ki, kolumbiyalı futbolçu Portuqaliya klubunda da bu nömrə ilə oynayırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest