Kiyev "Dinamo"sunun baş məşqçisi Mirça Luçesku postunu tərk edir.

Matc.az "Sports.ru" saytına istinadən xəbər verir ki, rumıniyalı mütəxəssis azarkeşlərin təpkisinə görə istefa vermək qərarına gəlib. Luçesku dörd gün əvvəl "Dinamo" ilə müqavilə imzalamışdı.

Xatırladaq ki, təcrübəli çalışdırıcı 12 il Kiyev təmsilçisinin əzəli rəqibi "Şaxtyor"da baş məşqçilik edib. Bu səbəbdən də "Dinamo"nun tərəfdarları onun komandaya gəlişini birmənalı qarşılamayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest