Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı AFFA ilə Canni De Byazi arasında aparılan danışıqlar uğurla nəticələnib.
 
Matc.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə tərəflər arasında bu gün müqavilə imzalandığı diqqətə çatdırılıb. Müqavilənin müddəti UEFA Millətlər Liqasının cari mövsümünü və Dç-2022-nin seçmə mərhələsini əhatə edir.
 
Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin avqustun 10-da Bakıya gəlməsi planlaşdırılır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest