İspaniyanın "Levante" klubu heyətini yeni futbolçuyla gücləndirib.
 
Matc.az xəbər verir ki, La Liqa təmsilçisi "Real"dan Xorxe de Frutosu transfer edib.
 
Bu barədə "Levante"nin mətbuat xidməti məlumat yayıb. 23 yaşlı hücumçu yeni klubuyla 5 illik müqavilə imzalayıb.
 
"Real"ın yetirməsi olan Frutos, son mövsümü icarə əsasında "Rayo Valyekano"da keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest