Bakıda baş tutacaq "Sabah" - "Slaviya" qarşılaşmasına azarkeş marağı pik həddə çatıb.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turu çərçivəsində Bakıda baş tutacaq "Sabah" - "Slaviya" (Çexiya) qarşılaşmasına azarkeş marağı pik həddə çatıb.
Matc.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, sözügedən qarşılaşma üçün paket biletlərlə birlikdə artıq 45 minə yaxın bilet satılıb. "Sabah"ın qitənin ən nüfuzlu klub turnirində Bakıda keçirəcəyi ümumilikdə dörd ev oyunu üçün indiyədək reallaşan bilet sayı isə artıq 100 minlik səddi aşıb.
Qeyd edək ki, "Sabah" Çempionlar Liqasının əsas mərhələsindəki ikinci oyununu Bakı Olimpiya Stadionunda keçirəcək. Təmsilçimiz oktyabrın 13-də Çexiyanın "Slaviya" komandasını qəbul edəcək.













