"Neftçi" Topaz Premyer Liqasının XIV turunda qarşılaşacağı "Sumqayıt"la oyunun hazırlığına start verib. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "Sabah"la qarşılaşmadan (2:1) sonra ikigünlük fasilə başa çatıb.

çempionatın lideri bu gün "Türk Hava Yolları Futbol Mərkəzi"ndə məşqə çıxıb. Bütün futbolçuların iştirak etdiyi hazırlıq prosesində Ruslan Abışov fərdi məşğul olub. Hazırlıq sabah bir məşqlə davam edəcək.

Qeyd edək ki, "Neftçi" – "Sumqayıt" oyunu dekabrın 9-da "Bakcell Arena"da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest