04 Avqust 2020, 15:55
FUTBOL
İspaniya millisinin və "Real"in sabiq futbolçusu İker Kasilyas karyerasını bitirib. Matc.az xəbər verir ki, bu barədə 39 yaşlı qapıçı özünün "Twitter" hesabında paylaşım edib.
2019-cu ilin mayında infarkt keçirən İker Kasilyas ötən mövsüm "Porto"nun heyətində meydana çıxmayıb.
1998 - 2015-ci illərdə Madrid klubunun formasını geyinmiş əfsanəvi qapıçının prezident Florentino Peresin müşaviri vəzifəsində çalışacağı gözlənilir.