"İnStat" şirkətinin təhlilinə əsasən Topaz Premyer Liqanda XIII turun rəmzi komandası açıqlanıb. Matç.az saytı PFL-in feysbuk səhifəsinə istinadən xəbər verir ki, simvolik komandaya "Qarabağ"ın 7 oyunçusu düşüb.

Simvolik "11-liy"in yarımmüdafiə xətti bütünlüklə Ağdam klubunun oyunçularından təşkil olunub.

Qapıçı: Səlahət Ağayev ("Neftçi") - 7

Müdafiəçilər: İlkin Qırtımov - 3, Miloş Radivoyeviç - 2 (hər ikisi "Zirə"), Bədavi Hüseynov - 3, Ansi Aqolli - 2 (hər ikisi "Qarabağ")

Yarımmüdafiəçilər: Abdullah Zubir - 3, Filip Ozobiç - 4, Qara Qatayev, Dani Kintana (hamısı "Qarabağ")

Hücumçular: Marko Deviç ("Sabah") - 5, Mahir Mədətov ("Qarabağ") - 3

Qeyd edək ki, futbolçuların adlarının qarşısındakı rəqəm simvolik komandaya düşmə sayını göstərir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest