Futbol üzrə Azərbaycan Premyer Liqasında 165 günlük fasilə başa çatıb.
 
Matc.az xəbər verir ki, bu gün 2020/21 mövsümünə start verilib.
 
29-cu ölkə çempionatının açılış matçı Sumqayıtda keçirilib. Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Sumqayıt"la "Keşlə" avrokubok oyunu öncəsi üz-üzə gəliblər. Bu oyunda qonaqlar son dəqiqə qolu sayəsində minimal hesabla qalib olublar.
 
Günün ikinci oyunu Avroliqadakı digər təmsilçimiz "Neftçi" ilə indidən autsayder hesab olunan "Səbail" arasında baş tutub. üç qolun qeydə alındığı matçda qələbəni "ağ-qaralar" bayram ediblər.
 
Qeyd edək ki, ilk tur çərçivəsində avqustun 22-də "Qarabağ" – "Sabah", 23-də isə "Qəbələ" – "Zirə" qarşılaşmaları da baş tutacaq.
 
Azərbaycan Premyer Liqası
1-ci tur
21 avqust
 
"Sumqayıt" – "Keşlə" 0:1
Qol: A.Salahlı, 90+4.
Matçın 27-ci dəqiqəsində "Sumqayıt"ın heyətində Rəhim Sadıxov penaltidən yararlana bilməyib (kənara).
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslim Əliyev, Nicat İsmayıllı.
"Sumqayıt Arena".
 
Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 60. Elvin Məmmədov, 7. Tellur Mütəllimov, 33. Eltun Turabov, 9. Əli Qurbani, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 97. Xəyal Nəcəfov, 4. Kərəm Sultanov, 21. Adəm Həmati, 19. Nurlan Quliyev, 30. Nəbi Məmmədov, 88. Cavid Quliyev, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə.
Baş məşqçi: Ayxan Abbasov.
Keşlə: 1. Stanislav Namaşko, 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov (k), 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev, 21. Miyusko Boyoviç, 42. Aleksandr Kristovao, 22. Şahrux Qadoyev, 48. Dmitro Klots, 14. Turan Vəlizadə.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 3. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 8. Tural Axundov, 11. Silvio Rodriqes, 23. Artur Batista, 99. Rafael Məhərrəmli, 88. Seymur Əsədov, 97. Xəzər Mahmudov.
Baş məşqçi: Yunis Hüseynov.
 
"Neftçi" – "Səbail" 2:1
Qol: N.Ələsgərov, 16; 66 - P.Keşavarz, 79.
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Namiq Hüseynov, Namiq Bəkirov.
Bakı. 8-ci km stadionu. 
 
Neftçi: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 28. Stiven Monroz, 91. Tallison Diaz, 29. Sabir Buqrin, 24. Yusuf Laval, 5. Anton Krivotsyuk, 26. ömər Buludov.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 22. Mirabdulla Abbasov, 2. Cabir Əmirli, 19. Fəhmin Muradbəyli, 6. Voyislav Stankoviç, 10. Saman Nərimancahan, 4. Rener Alves, 80. İsmayıl Zülfüqarlı, 40. Vüqar Həsənov, 45. Əli Mürsəlov, 37. Vüsal Əsgərov
Baş məşqçi: Füzuli Məmmədov.
Səbail: 25. Elxan Əhmədov, 10. Vüqar Bəybalayev, 14. Rahid Əmirquliyev (k), 34. ürfan Abbasov, 5. Adil Nağıyev, 7. Mirsahib Abbasov, 16. Peyman Keşavarz, 8. Lema Mabidi, 9. Florian Kadriu, 3. Turan Manafov, 99. Bahadur Həziyev.
Ehtiyat oyunçular: 12. Şahin Zəkiyev, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 11. Rauf Əliyev, 28. Məqsəd İsayev, 19. Elgün Nəbiyev, 20. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov.
Baş məşqçi: Aftandil Hacıyev.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest