"Keşlə"nin baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının ilk turunda "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib.

"Keşlə"nin baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının ilk turunda "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, o, 1:0 hesabıyla qələbə qazandıqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
- Oyun bizim üçün çox vacib idi. Qarşıdakı Avroliqa oyunumuz var. İstəyirdik ki, qələbə qazanıb, növbəti oyuna yaxşı motivasiya ilə gedək. Futbolçularım yaxşı çıxış edib, qələbə qazandı. Mənə elə gəlir ki, yaxşı oyun göstərdik. Düzdür, uzun fasilədən sonra çox yaxşı oyun sərgiləyə bilmərik. Bu gün səhv edən komanda məğlub oldu, düzgün oynayan qazandı.
 
- Komandanı tam tanıya bilmisizmi?
- Komandanı tanınıyırdım. "Keşlə"də dəyişikliklər çox olub. İkitərəfli oyun da keçirdim ki, komandanı tam tanıyım. Zədəli futbolçularımız da var. Amma futbolçuların hamısına tam bələd deyiləm. Bunu da 1-2 oyundan sonra həll edəcəyik.
 
- Aleksandr Kristovaonun çıxışı sizi qane etdimi?
- Düzdür, hücumçudan çox şey asılıdır. Qarşıda topu saxlamağı bacarmalıdır. İstəklərimi ona çatdırandan sonra ondan fayda alacağıq.
 
- Qarşıdakı bir həftədə Avroliqa oyunu üçün hansı məqamlar üzərində işləyəcəksiz?
- Mən son həftədə ancaq "Sumqayıt"ı təhlil etmişəm. Sırf məşq prosesini də buna uyğun etmişəm və Albaniya komandasını düşünməmişəm. Amma sabahdan "Laçi"ni təhlil etməyə başlayacağıq. Rəqibin güclü və zəif tərəflərinə uyğun məşq prosesi keçirəcəyik. Bizim də zəif tərəflərimiz var və bunun üzərində işləyəcəyik.
 
- Klub rəhbərliyi qarşınıza hansı hədəfləri qoyub?
- Bizdən yaxşı oyun tələb olunur. Bu da olsa, nəticə də gələcək. Deməyiblər ki, çempion olmalısan və ya nəsə.
 
- Komandanın hansı mövqelərini gücləndirməyə ehtiyac var?
- Bu yaxınlarda mövqelərimizi gücləndirəcəyik. Bunun üçün rəhbərlikdən transfer istəmişəm. Bəyəndiyim iki futbolçu var ki, onlarla danışıqlar gedir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest