Türkiyənin "Yeni Malatyaspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi argentinalı qapıçı Quido Herreranı transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Argentinanın "Talleres" klubuna məxsus 28 yaşlı qolkiper Türkiyə təmsilçisində icarə əsasında çıxış edəcək. 2016-cı ildən bu klubun uğurları üçün çalışan Quido, daha öncə "Belqrano" və "Defensores de Belqrano" komandalarında da oynayıb.
 
"Yeni Malatyaspor" ötən mövsüm icarəyə götürdüyü misirli sol cinah müdafiəçisi Karim Hafezi komandada saxlamağa qərar verib. Super Liqa təmsilçisi Misirin "Vadi Deqla" klubuna məxsus olan 24 yaşlı futbolçunu birdəfəlik transfer edib. Lakin bu transferin və tərəflər arasındakı yeni müqavilənin detalları açıqlanmayıb.
 
Qeyd edək ki, Hafezi "Yeni Malatyaspor"dan öncə "Başakşəhər" və "Kasımpaşa" klubları da icarə əsasında heyətinə qatıb. Gənc futbolçu Misir yığmasının da üzvüdür. O, "Vadi Deqla"dan öncə Belçikanın "Lyers", Kiprin "Omoniya" və Fransanın "Lans" klubunda da oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest