Futbol üzrə Azərbaycan Premyer Liqasında 2-ci turun ilk iki oyunu üçün təyinatlar açıqlanıb.
 
Matc.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 11-də baş tutacaq "Neftçi" – "Sumqayıt" və "Keşlə" – "Qarabağ" qarşılaşmasının hakimləri artıq məlumdur.
 
8-ci km stadionunda keçiriləcək "Neftçi" – "Sumqayıt" oyununu Rəvan Həmzəzadə idarə edəcək. çempion "Qarabağ"ın "ASK Arena"da bürünc mükafatçı "Keşlə" ilə duelində isə Səbuhi Bayramov ədaləti qoruyacaq.
 
Azərbaycan Premyer Liqası
2-ci tur
11 sentyabr
 
Neftçi - Sumqayıt
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Fərid Hacıyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
Bakı. 8-ci km stadionu. Saat 19:00.
 
Keşlə - Qarabağ
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Nahid Əliyev, Rövşən Rəcəbov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Hakim-inspektor: Ceyhun Haşımov.
Bakı. "ASK Arena". Saat 21:00.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest