"Komandamız "Sumqayıt"la oyuna böyük həvəslə hazırlaşıb. Heyətdə ciddi itkilər var". Matç.az xəbər verir ki, bunu "Neftçi"nin kapitanı Ruslan Abışov klubun rəsmi saytına açıqlamasında deyib.

Təcrübəli müdafiəçi Topaz Premyer Liqasının XIV turunun "Sumqayıt"la ev oyunundan öncə  azarkeşlərə səslənib: "Bu bizə müəyyən çətinliklər yarada bilər. Belə vəziyyətlərlə çox rastlaşmışıq. Lakin hər dəfə də azarkeşlərimizin möhtəşəm dəstəyi sayəsində istədiyimiz nəticəni əldə etmişik. İnanıram ki, bu dəfə də belə olacaq. Yenə də əsas ümidimiz onlaradır. "Sumqayıt"la görüş Premyer Liqadakı sonuncu ev oyunumuzdur. Bu qarşılaşmada qələbə qazanmaq bizim üçün çox vacibdir. Bütün "Neftçi" azarkeşlərini stadiona dəvət edirəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest