"Dabonun yerində Namiq oynadı, özünü də pis tərəfdən göstərmədi. Sadəcə, bu gün bizim günümüz deyildi"

"Komandanın çox da yaxşı çıxış etmədiyi bir oyun oldu". Matç.az saytının məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin deyib.

Topaz Premyer Liqasının XIV turunda "Sumqayıt"ı qəbul edən paytaxt təmsilçisi rəqibin müqavimətini qıra bilməyib (0:0).

Oyunsonrası mətbuat konfransında italiyalı mütəxəssis bu sözləri deyib: "Bu gün düzgün oynaya bilmədik. Bu dəfə alınmadı. Hər zamankı tipik hücum futbolunu bu dəfə göstərə bilmədik. çox böyük risklər də etmədik. Sona yaxın çalışdıq qol vuraq. Düzgün zonaları tapa bilmədik. Həmin anlarda da qol vura bilmədik".

- Dabonun yoxluğu aşkar sezilirdi. Bu o anlama gəlirdi ki, sizə daha bir Dabo lazımdı və qışda belə bir transfer planlaşdırırsınızmı?

- Dabonun yerində Namiq oynadı, özünü də pis tərəfdən göstərmədi. Sadəcə, bu gün bizim günümüz deyildi. Hələ ki liderik. İstəyirdik ki, yaxşı nəticə qazanaq. Ancaq alınmadı.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest