19 Sentyabr 2020, 19:44
MPL
Futbol üzrə Azərbaycan Premyer Liqasının 3-cü turunun "Qəbələ" - "Keşlə" oyunundan (0:0) sonra "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
Futbol üzrə Azərbaycan Premyer Liqasının 3-cü turunun "Qəbələ" – "Keşlə" oyunundan (0:0) sonra "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
Matc.az xəbər verir ki, 40 yaşlı mütəxəssis qolsuz heç-heçəni belə şərh edib:
"Oyun maraqlı alındı. çempionatın liderlərindən birinə qarşı oynayırdıq. Heyətinə görə "Keşlə" ön pillələrdə gedə biləcək komandadır. "Sabah"la görüşdən sonra komandanı qələbəyə hazırlayırdıq və üç xal qazanacağımıza inanırdıq. Oyunun keyfiyyətinə gəlincə, çox razıyam. Meydanda istədiyim komandanı görə bilirəm. İnanıram ki, oyunlar getdikcə hücum planında daha məzmunlu oyun nümayiş etdirəcəyik. Nikolas Raysel bizim üçün önəmli futbolçulardan biridir. Futbol emosiyalar oyunudur. Qırmızı vərəqəni də emosiyalarla bağlayardım. Onunla danışıqlarımız olacaq və belə halların təkrarlanmayacağına ümid edirəm. İkinci hissədəki oyunu fiziki hazırlıqla əlaqələndirməzdim. Azlıqda qalandan sonra mövqe vermədiksə, hazırlıqda problem yoxdur. İlk yarıda dominant futbol göstərməyə çalışdıq, oyunu pressinqdə qurmuşduq. İkinci hissədəki oyun normaldır. Getdikcə daha yaxşı olacağına inanıram. Rafael Utziq iki gündür bizə qoşulub. Ona uyğunlaşmaq üçün vaxt lazımdır".