"Sumqayıt"a qarşı oynamaq asan deyildi. İlk hissədə rəqib komanda qapımız qarşısında bir neçə təhlükəli vəziyyət yaratdı". Matç.az saytı xəbər verir ki, bunu "Neftçi"nin yarımmüdafiəçisi Soni Mustivar deyib.

Topaz Premyer Liqasının XIV turunda "Sumqayıt"ı qəbul edən paytaxt təmsilçisi qolsuz bərabərliklə kifayətlənməli olub.

Oyunla bağlı klubun rəsmi saytına danışan Mustivar xal itirdikləri üçün üzüldüyünü vurğulayıb: "Fasilədən sonra biz daha yaxşı oynadıq. Hesabı açmaq üçün şanslarımız oldu, amma bunlardan yararlana bilmədik. Sözsüz, bir xal qazanmadıq, iki xal itirdik. Buna çox təəssüflənirəm. Gələn il keçiriləcək oyunlarda itirilmiş xalları sığortalamağa çalışacağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest