20 Sentyabr 2020, 20:29
MPL
"Sabah"ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib.
Matc.az xəbər verir ki, ispan mütəxəssis 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
"Oyundan çox razı qaldım. Birinci hissədə qol üçün fürsətlər oldu, rəqibə də imkan vermədik. İkinci yarıda "Zirə" matça bir az nəzarət etsə də, oyundan razıyam. Qələbə qazana bildik. İki fərli hissə izlədik. İlk yarıda yaxşı oynadıq, ikinci hissədə isə əziyyət çəkən tərəf biz idik. Fikrimcə, daha çox işləsək, Avropa Liqasına vəsiqə uğrunda mübarizə apara bilərik".
Baş məşqçi müdafiəçi Təmkin Xəlilzadənin oyuna sonradan daxil olmasına da aydınlıq gətirib: "Oyunçuların bir həftədəki hazırlığına baxaraq qərar verirəm. Ondan daha hazırlıqlı olanlar var idi. Mənim üçün ehtiyat oyunçular skamyasında olanlar da önəmlidir".