Penaltilərdən istifadə faizi 75 faiz təşkil edib. Yalnız bir komanda - "Zirə" mövsümün ilk yarısında penalti vurmayıb.

Topaz Premyer Liqasının ilk yarısının 14 turunda qapılara 12 penalti təyin olunub. Matç.az saytı xəbər verir ki, bu zərbələrdən 9-u dəqiq olub.

Penaltilərdən istifadə faizi 75 faiz təşkil edib. Yalnız bir komanda – "Zirə" mövsümün ilk yarısında penalti vurmayıb.

"Qarabağ" hamıdan çox – 4 belə imkan qazansa da, iki dəfə 11 metrlik nöqtədən xətaya yol verib. "Sabah" isə 100 faizlik nəticə göstərənlər arasında öndədi. Bakılıların hər iki penaltisi qolla nəticələnib.

Penalti vuran komandalar: "Qarabağ" – 4 (2-si qeyri-dəqiq), "Sabah" - 2, "Səbail" – 2 (1), "Keşlə", "Neftçi", "Qəbələ", "Sumqayıt" – hamısı 1.

İki komanda – "Qəbələ" və "Qarabağ"ın qapısına penalti təyin edilməyib. Ən çox cəzalanan isə "Sumqayıt"dı – 3 dəfə.

Penalti ilə cəzalanan komandalar: "Sumqayıt" – 3 (1-i qeyri-dəqiq), "Keşlə", "Səbail"– hərəsi 2, "Sabah" , "Zirə"  – hərəsi 2 (1), "Neftçi" – 1.

Mövsümün ilk yarısında yalnız iki futbolçu 1-dən artıq penalti zərbəsi yerinə yetirib. Filip Ozobiç ("Qarabağ") üç imkandan birini qaçırıb. Marko Deviç ("Sabah") isə hər iki zərbəni qola çevirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest