"Neftçi"nin futbolçusu Səlahət Ağayev Topaz Premyer Liqasında mövsümün ilk yarısının ən çox quru oyun keçirən qapıçısı olub. Matç.az saytı xəbər verir ki, XIV turun "Sumqayıt"la görüşündə (0:0) qol buraxmayan qolkiper mövsümdə 6-cı dəfə qapısını toxunulmaz saxlayıb.

Bununla da Ağayev "Sabah"ın serb qapıçısı Saşa Stamenkoviçi arxada qoyub. Sonuncu "Keşlə" ilə matçda 2 qol buraxmaqla (1:2) zirvəyə şərikliyi əldən verib. "Qəbələ" ilə oyunda (0:0) qol buraxmayan Emil Balayev ("Səbail") isə 4-cü quru matçını keçirərək 3-cü sırada qərarlaşıb.

ümumiyyətlə isə mövsümdə 10 qapıçının hesabında belə oyun var. 7 klubun hərəsi bir, "Qarabağ" isə üç qapıçısı ilə cədvəldə təmsil olunub. Ağdam klubunun ilk yarıda meydana çıxan hər üç əlcək sahibinin hesabına belə oyun var.

Mövsümün ilk yarısında quru oyun keçirən qapıçılar

yer

qapıçı

klubu

quru

1

Səlahət Ağayev

Neftçi

6

2

Saşa Stamenkoviç

Sabah

5

3

Emil Balayev

Səbail

4

4-6

Dmitri Bezotosnı

Qəbələ

3

 

Mehdi Cənnətov

Sumqayıt

3

 

Anar Nəzirov

Zirə

3

7-9

Kamran Ağayev

Keşlə

2

 

Şahruddin Məhəmmədəliyev

Qarabağ

2

 

Vaqner da Silva

Qarabağ

2

10

Hannes Halldorsson

Qarabağ

1

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest