Topaz Premyer Liqasının VII turu "Neftçi"nin futbolçusu Tural Axundov üçün yubileylə əlamətdar olub. Matç.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, "Sabah"la görüşün (2:0) 82-ci dəqiqəsində meydana daxil olan müdafiəçi Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.

Yarışda 2008/09 mövsümündə MOİK-in heyətində debüt edən Axundov sonradan "Muğan", "Rəvan", "Simurq", "Kəpəz" və "Sumqayıt"da da çıxış edib. Müdafiəçinin hesabında 17 qol var.

Axundov ölkə çempionatında 250 və daha çox oyun keçirən 58-ci futbolçu olub.

mövsüm

klub

oyun

qol

2008/09

MOİK

2

0

2009/10

Muğan

11

2

2010/11

Muğan

27

1

2011/12

Rəvan

31

0

2012/13

Rəvan

23

0

2013/14

Simurq

32

0

2014/15

Simurq

30

0

2015/16

Kəpəz

35

5

2016/17

Kəpəz

25

5

2017/18

Sumqayıt

27

4

2018/19

Neftçi

7

0

Cəmi

11 mövsüm, 7 klub

250

17

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest