26 Sentyabr 2020, 23:16
MPL
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində "Keşlə"yə qarşı keçirdikləri oyunu şərh edib.
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində "Keşlə"yə qarşı keçirdikləri oyunu şərh edib.
Matc.az xəbər verir ki, o, 3:2 hesabıyla qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
"çox gərgin və maraqlı oyun alındı. çempionatda əzmkar matçların şahidi oluruq. Bəlkə də, son zərbələrdə dəqiq oynadığımız üçün qələbə qazandıq. Futbolçular oyun üçün darıxıblar. Düşünürəm ki, hər iki komanda yaxşı çıxış etdi. Kimisə fərqləndirmək istəmirəm. Hamı mübarizə apardı və öz işini meydanda görməyə çalışdı. Heyətdə 14-15 oyunçu var ki, onların hamısına şərait yaradacağıq. Mənim üçün hələlik əsas və ehtiyat heyət yoxdur. Hamıya şans verməyə çalışırıq. Elə oyunçular var ki, zədədən təzə qayıdıb, elələri də var ki, pandemiyadan sonra oynamayıb. Futbolçulara qarşı ədalətli olmağa çalışıram".