"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib.

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, əyalət təmsilçisinin çalışdırıcısı 1:1 hesabıyla bitən matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
- Bu gün futboldan danışmaq ikinci plana keçir. Ordumuzu qazanılan qələbə münasibətiylə təbrik edirəm. İnanırıq ki, qarşıdakı günlərdə ordumuz bizi daha da sevindirəcək. Bu gün maraqlı oyun alındı. Hər iki komanda hücum futbolu oynadı. Komandamın sərgilədiyi oyundan razıyam və inanıram ki, daha da baxımlı futbol nümayiş etdirəcək.
 
- Buraya hansı nəticə üçüm gəlmişdiz?
- Bu oyuna 3 xal üçün gəlmişdik. Qazanılan 1 xal üçün də futbolçularımı təbrik edirəm, onların əzmkarlığını yerə vurmaq istəmirəm.
 
- Hakimliklə bağlı fikirləriniz nədir?
- Məncə, hakimlər normal oyun idarə etdilər. Hər bir insan nəyisə görməyə, eşitməyə bilər.
 
- Qələbə hesabını niyə qoruya bilmədiz?
- "Neftçi" bir az tempi artırdı. Müdafiədə səhv etdik və qol buraxdıq.
 
- Ceyms Adeniyiyə nə qədər vaxt lazımdır ki, komandaya uyğunlaşsın?
- O, bizim tanıdığımız futbolçudur, ona inanırıq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest