"Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib.

"Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, Məmmədov, 1:1 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
- Nə qədər çalışsaq da, komandanı oyuna yaxşı kökləyə bilmirik. İstədiyimiz əzmkarlığı görə bilmirik. Bu gün rəqib daha istəkli idi. çox top itkimiz oldu, yəqin oyuna yaxşı hazırlaşa bilməmişik. çox istəyirdik ki, qalib gələk, çox hazırlamışdıq. Futbolçulara lazımı şeyləri demişdik, amma meydanda bunu görmədik.
 
- "Neftçi"nin son dəqiqə qoluna sevinməsi bizi təəcübləndirdi...
- Qol vurub, məğlubiyyətdən xilas olmaq istəyirdik. Qolu gec vurduq və qələbə qazana bilmədik. Bu gün futbolçular yaxşı oyun sərgiləyə bilmədi.
 
- Antona bu qədər güvənməyinizin səbəbi nədi?
- Anton yaxşı futbolçudur, düzdür, çoxlu səhvlər etdi. Gərək özü də bir az ciddi və məsuliyyətli ola. O, uşaq deyil, zəif oynayacaq, onda da ehtiyatda olacaq.
 
- Samir Buqrini növbəti oyunlarda əsas heyətdə görəcəyik? İbaranı nə üçün meydandan çıxardız?
- İbara yorulmuşdu, 2-ci hücumçu edə bilərdik, amma bu zaman heç-heçəni də əldən verə bilərdik. Ona görə Mirabdullanı meydana buraxdıq və qol üçün əlindən gələni etdi. Futbolçular daha istəkli olmalıdır. Bu gün Azərbaycan çempionatında oyuna daha yaxşı hazırlaşan komanda qalib gəlir. Buqrin növbəti oyunlarda əsas heyətdə ola bilər.
 
- Komandada top itkiləri həddindən artıq çoxdur. Bu problemi aradan qaldırmaq üçün nə qədər vaxt lazımdır?
- Əlbəttə, problem var. Topu saxlamaq üçün keyfiyyət və praktika lazımdır. Düşünürəm ki, oyundan-oyuna daha yaxşı olacaq. Məşqlərdə də bunun üzərində çalışırıq. "Şkupi" ilə oyunda da səhvlərimiz var idi, ancaq onları aradan qaldırmışıq. Rəqib pressinq edərkən komandada daha çox açılma olmalıdır.
 
- Bu gün komanda istəksiz göründü...
- çox çalışırıq ki, futbolçularda psixoloji durumu düzəldək. Onlar artıq uşaq deyil, özlərini oyuna hazırlamalıdırlar. İstək olmayanda, yaxşı oyun göstərmək də alınmır.
 
- Sanki "Neftçi" özü özünü çətinə salır. Futbolçuları cəzalandırmağı düşünmürsüz?
- Belə zamanda futbolçuların yanında olmaq lazımdır. Bu gün qələbəylə turnir cədvəlində liderliyə yüksəldəcəydik, bunu futbolçulara da demişdim. İnanmıram ki, onlar da bunu istəməsin. Amma görünən o idi ki, bu gün komandada istəksizlik var idi. Yaxşı mübarizə aparan komanda qalib gələ bilər. Futbolçuları cəzalandırmaq istəmirəm, onların yanında olmalıyıq. Dəyişikliklər də edirik və belə oyun görəndə təəssüflənirik. İstəyirik ki, daha yaxşı oyunla qələbələr qazanaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest