"Vilyareal"ı hamı tanıyır. "Qarabağ" və "Makkabi" də güclü komandalardır. Heyətimizi Avropa Liqasına uyğun qurmuşuq".

"Pis qrupa düşməmişik. Növbəti tura çıxmaq olar, ancaq asan deyil"

Matc.az xəbər verir ki, bu sözləri Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən "Sivasspor"un baş məşqçisi Rıza çalımbay püşkatmanı dəyərləndirərkən deyib.

çalımbay hədəflərinin qrupdan çıxmaq olduğunu söyləyib: "Vilyarreal"ı hamı tanıyır. "Qarabağ" və "Makkabi" də güclü komandalardır. Heyətimizi Avropa Liqasına uyğun qurmuşuq. ölkəmizin xala ehtiyacının olması  bizi daha çox həvəsləndirir. Həm ölkəmiz, həm də özümüz üçün mübarizə aparacağıq.

Qeyd edək ki, qrup mərhələsində I tur 22 oktyabr, II tur 29 oktyabr, III tur 5 noyabr, IV tur 26 noyabr, V tur 3 dekabr, VI tur 10 dekabrda keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest