AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Matç.az saytı xəbər verir ki, yığıncaqda Topaz Premyer Liqasının XIV turunun oyunlarında baş verənlər də müzakirə olunub və müvafiq qərarlar verilib.

"Sabah" – "Keşlə" görüşündə meydan sahiblərinin 4, qonaqların 5 futbolçuları sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimələnib.

"Səbail" – "Qəbələ" matçının 85-ci dəqiqəsində qonaqların futbolçusu Rauf Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Hücumçu 1 oyun cəzalanıb, klub 200 manat ziyana düşüb.

Qarşılaşmanın 55-ci dəqiqəsində "Qəbələ"nin məşqçisi Miloş Yevtic texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırılıb. Bu üzdən də çalışdırıcı 1 oyun cəzalanıb, klub 800 manat cərimələnib.

Oyunun 63-cü dəqiqəsində "Qəbələ" azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə əyalət təmsilçisi daha 800 manat ödəyəcək. 5 dəqiqə sonra "Səbail" azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə bakılılar da eyni cəzaya məruz qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest