12 Dekabr 2018, 16:16
MPL
Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün XIV turunun ən yaxşı futbolçusu məlum olub. Matç.az saytı xəbər verir ki, bu, "Qarabağ"ın yarımmüdafiəçisi Dani Kintanadı.
O, "InStat"ın təhlilinə əsasən turun ən yaxşısı seçilib. "Zirə"yə qarşı görüşdə 60 dəqiqə meydanda olan ispan futbolçu het-triklə yadda qalıb.
Araşdırmalara əsasən Dani Kintana turun ən yaxşı indeksə malik futbolçusudu.