Topaz Premyer Liqasının VII turunun "Səbail" – "Sumqayıt" matçında (2:0) vurulan ikinci qol ikiqat yubileylə əlamətdar olub. Matç.az saytı xəbər verir ki, Ruslan Qurbanov Azərbaycan çempionatlarında 35-ci qolunu vurub.

 

Hücumçu buna özünün 170-ci oyununda imza atıb. Millimizin üzvü bombardirlər siyahısında Samir Əliyev və Viktor Kulikovla 69-71-ci yerləri bölüşür. "Neftçi"də 19, "Sumqayıt"da 9, "Qəbələ"də 6 dəfə fərqlənən Ruslan "Səbail"də qol hesabını açıb.

 

Bu top "Sumqayıt"ın Premyer Liqada buraxdığı 200-cü səfər qoludu. 117-ci matçda bu qədər qol buraxan komanda orta hesabla 1,71 topa üzülüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest