"Bavariya"nın hücumçusu Robert Levandovski zədələnib.
 
Matc.az xəbər verir ki, hücumçu Polşa milli komandasının İtaliya yığmasına qarşı keçirdiyi oyunda zədələnib. Bu barədə Polşa mətbuatı məlumat yayıb.
 
83-cü dəqiqədə zədələnən Levandovski Polşa millisində 5 ildən sonra ilk dəfə əsas heyətdə çıxdığı bir matçda əvəzlənib. Forvard sonuncu dəfə 2015-ci ildə, Cəbəllütariqlə oyunun ikinci hissəsində əvəzlənmişdi.
 
Polşa – İtaliya matçı qolsuz bərabərliklə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest