Topaz Premyer Liqasının VII turu meydan sahiblərinin aşkar üstünlüyü ilə keçib. Matç.az saytı xəbər verir ki, baş tutan üç görüşdə qonaq komandalar nə xal qazanıb, nə də qol vurub.

 

"Neftçi" "Sabah"ı, "Səbail" "Sumqayıt"ı eyni – 2:0, "Zirə" Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib. Belə hadisə sonuncu dəfə 2016/17 mövsümündə qeydə alınıb. Martın 13-14-də keçirilən XXII turun 4 matçında meydan sahibləri qalib gəlib.

 

Bütün oyunları 1:0 hesabı ilə başa çatan turda qonaqlar qol da vura bilməyib. Düzdü, indikindən fərqli 570 gün əvvəl 3 deyil, 4 oyun keçirilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest